Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var
Ekologiya
4 Aprel , 2016 11:14
Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq. 

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi