Sabah Azərbaycanda hava yağmursuz olacaq

Sabah Azərbaycanda hava yağmursuz olacaq Gecə və səhər yollar buz bağlayacaq
Ekologiya
27 Yanvar , 2016 12:26
Sabah Azərbaycanda hava yağmursuz olacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, gündüz mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq.

Yanvarın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq. 

Son xəbərlər

Orphus sistemi