Sabah Azərbaycanda hava yağıntılı olacaq

Sabah Azərbaycanda hava yağıntılı olacaq Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-13° isti olacaq
Ekologiya
30 Oktyabr , 2016 12:37
Sabah Azərbaycanda hava yağıntılı olacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir, gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90% təşkil edəcək. 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi