Sabah Azərbaycanda hava yağmurlu olacaq

Sabah Azərbaycanda hava yağmurlu olacaq Havanın temperaturu 21 dərəcəyədək yüksələcək
Ekologiya
131
14 Aprel , 2016 11:24
Sabah Azərbaycanda hava yağmurlu olacaq

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Son xəbərlər

Orphus sistemi