Sabah Azərbaycanın bəzi rayonlarında hava yağmurlu olacaq

Sabah Azərbaycanın bəzi rayonlarında hava yağmurlu olacaq Bakıda gündüz 30-32 dərəcə isti olacağı gözlənilir
Ekologiya
1 Avqust , 2016 12:28
Sabah Azərbaycanın bəzi rayonlarında hava yağmurlu olacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, paytaxt və yarımadada səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 30-32  dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi