Sabah Azərbaycanda hava yağmurlu olacaq, bəzi yerlərə qar yağacaq

Sabah Azərbaycanda hava yağmurlu olacaq, bəzi yerlərə qar yağacaq Bakıda Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq
Ekologiya
9 Aprel , 2015 12:51
Sabah Azərbaycanda hava yağmurlu olacaq, bəzi yerlərə qar yağacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, axşama doğru yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 10-u və 11-i Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Son xəbərlər

Orphus sistemi