Sabah Azərbaycanda hava şəraiti yağmursuz olacaq

Sabah Azərbaycanda hava şəraiti yağmursuz olacaq Bakıda və Abşeron yarımadasında 12 dərəcə isti olacaq
Ekologiya
18 Dekabr , 2015 12:22
Sabah Azərbaycanda hava şəraiti yağmursuz olacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-12 dərəcə, Bakıda 1-3, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi