Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda 42 dərəcəyədək isti olacaq

    Bakıda Cənub küləyi əsəcək

    Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə,Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi