Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

    Dinlə
    Şimal-şərq küləyi əsəcək

    Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanda sabaha, iyulun 10-na olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

    Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

    Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 22-26, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi