Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda 38 dərəcəyədək isti olacaq

    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

    Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. İyulun 15-də paytaxt və yarımadada cənub küləyi əsəcək.

    Havanın temperaturu yarımadada gecə 21-26 dərəcə, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında iyulun 15-də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəc isti olacaq. .

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi