Sabah Azərbaycanın rayonlarında 28 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında 28 dərəcə isti olacaq Bakıda hava şəraiti yağmursuz keçəcək
Ekologiya
11 May , 2016 11:04
Sabah Azərbaycanın rayonlarında 28 dərəcə isti olacaq

Bakı. 11 may. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi