Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda 25 dərəcəyədək isti olacaq

    Axşam və gecə Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir

    Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, lakin axşam və gecə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

    Sabah Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-aryrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi