Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq Bakıda 26 dərəcə isti olacaq
Ekologiya
6 Oktyabr , 2015 12:43
Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Sabah Bakıda 26 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərinə qısamüddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-27, Bakıda isə gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, oktyabrın 7-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi