Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
28 Avqust , 2015 12:53
Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Sabah Bakıda 29 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Avqustun 29-da Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi meteoroloji məlumata görə, avqustun 29-31-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da həssas insanlar üçün əlverişlidir.

Son xəbərlər

Orphus sistemi