Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.
İyulun 9-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.