Yuxarı

Sabah Azərbaycan rayonlarında 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Bakı. 10 avqust. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi