Sabah Azərbaycan rayonlarında 32 dərəcə isti olacaq

Sabah Azərbaycan rayonlarında 32 dərəcə isti olacaq Abşeron yarımadasının bəzi yerlərində gecə qısamüddətli yağış yağacağı gözlənilir
Ekologiya
18 Sentyabr , 2015 12:45
Sabah Azərbaycan rayonlarında 32 dərəcə isti olacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 29 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmusuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-22, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza əsasən, yaxın iki gün ərzində Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi