Sabah 31 dərəcə isti olacaq, bəzi yerlərdə şimşək çaxacaq

Sabah 31 dərəcə isti olacaq, bəzi yerlərdə şimşək çaxacaq Yağış yağacaq, dolu düşəcək
Ekologiya
6 İyun , 2016 12:15
Sabah 31 dərəcə isti olacaq, bəzi yerlərdə şimşək çaxacaq

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

İyunun 7-də havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi