Sabah Azərbaycan rayonlarında 19 dərəcə isti olacaq

Sabah Azərbaycan rayonlarında 19 dərəcə isti olacaq Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var
Ekologiya
4 Noyabr , 2015 12:30
Sabah Azərbaycan rayonlarında 19 dərəcə isti olacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi