Sabah Azərbaycan rayonlarında 15 dərəcə isti olacaq

Sabah Azərbaycan rayonlarında 15 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək
Ekologiya
21 Yanvar , 2016 12:54
Sabah Azərbaycan rayonlarında 15 dərəcə isti olacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtda və yarımadada əsən mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, yanvarın 22-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Yanvarın 23-də isə mülayim xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi