Yuxarı
    Bağlamaq

    ​Sabah Azərbaycan rayonlarında 13, Bakıda 11 dərəcə isti olacaq

    Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək

    Bakı. 12 fevral. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağması ehtimalı var, cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

    Azərbaycan rayonlarında fevralın 13-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi