Yuxarı

Sabah Azərbaycanda hava yağıntılı olacaq

Şərq rayonlarında sulu qar, qar yağacağı gözlənilir

Bakı. 24 dekabr. REPORT.AZ/ Sabah Azərbaycanda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12 dərəcə, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi