Sabah Azərbaycan ərazisində güclü yağış yağacaq

Sabah Azərbaycan ərazisində güclü yağış yağacaq Havanın temperaturu 4-5 dərəcə aşağı enəcək
Ekologiya
26 Oktyabr , 2015 12:29
Sabah Azərbaycan ərazisində güclü yağış yağacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi