Yuxarı

Sabah Azərbaycanda şimşək çağacaq, yağış yağacaq

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Report-a verilən məlumata görə, şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 21-25, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal küləyi əksər meteohəssas insanlar üçün müsbət amildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi