Sabah axşam Bakıda yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir

Sabah axşam Bakıda yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir Bölgələrdə sabah gündüzdən başlayaraq yağıntı tədricən kəsiləcək
Ekologiya
18 Fevral , 2015 12:39
Sabah axşam Bakıda yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 19-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

A.Verdiyev onu da qeyd edib ki, sabahdan etibarən Bakıda və Abşeron yarımadasında müşahidə olunan şimal-qərb küləyinin axşama doğru mülayimləşəcəyi gözlənilir. Sabah mülayim şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bölgələrdə də sabah gündüzdən başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi