Yuxarı

Qubada ağac emalı sexinin sahibinə qarşı akt tərtib olunub

Qubada ağac emalı sexinin sahibinə qarşı akt tərtib olunub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində növbəti reyd keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 m3 həcmində müxtəlif cinsli girdə işlik material və 3000 ədəd meşə materialından hazırlanmış yeşik aşkar olunub.

Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və 1903,18 manat məbləğində cərimə tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi