Qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradır

Qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradır Bu səbəbdən də quşlar qida tapmaq və yuva qurmaq baxımından bir çox çətinliklə üzləşirlər
Ekologiya
30 Dekabr , 2016 20:10
Qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradır

Bakı. 30 dekabr. REPORT.AZ/ Dünyada baş verən qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Birləşmiş Krallıqdakı Edinburq Universitetinin elmi işçiləri apardıqları araşdırmadan sonra gəliblər.

Onlar 5 qitədə yüzlərlə quş növünü araşdırıblar. Tədqiqatda havanın temperaturunun artdığı hər bir dərəcə üçün quşların köç etdikləri ərazilərə bir gün tez köç etdiyi müşahidə edilib. Bu səbəbdən də quşlar qida tapmaq və yuva qurmaq baxımından bir çox çətinliklə üzləşirlər. Eyni zamanda, bu, balaların yumurtadan çıxma vaxtı və həyatda qalma şanslarına təsir edir.

Tədqiqatın nəticələri “Journal of Animal Ecology” jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi