Qızılağac Dövlət Təbiət Qoruğunda 3 hektar ərazi yanıb

Qızılağac Dövlət Təbiət Qoruğunda 3 hektar ərazi yanıb Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Ekologiya
11 İyul , 2017 15:37
Qızılağac Dövlət Təbiət Qoruğunda 3 hektar ərazi yanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib və əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.

Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi