""Qırmızı Kitab"ın lll nəşri ilə bağlı tədqiqat işləri yekunlaşmaq üzrədir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
"Artıq 2023-cü ildə "Qırmızı Kitab"ın lll nəşrini təqdim etməyi düşünürük. Bununla bağlı komissiyalar yaradılıb, lazımi çöl-tədqiqat işləri də yekunlaşmaq üzrədir", - nazir müavini bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən Azərbaycanın "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.