"Qırmızı kitab"a düşən quşu ovlayan şəxs saxlanılıb

"Qırmızı kitab"a düşən quşu ovlayan şəxs saxlanılıb Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.
Ekologiya
7 Aprel , 2020 16:19
Qırmızı kitaba düşən quşu ovlayan şəxs saxlanılıb

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı "Qırmızı kitab"a düşmüş soltan toyuğu götürülüb.

Faktla bağlı akt tərtib olunub, təbiətə 1 039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi