“Qırmızı Kitab”a daxil olan soltanquş və bir neçə heyvan təbiətə buraxılıb

“Qırmızı Kitab”a daxil olan soltanquş və bir neçə heyvan təbiətə buraxılıb Vətəndaşların müracətləri əsasında yaşayış məntəqələrinə yaxınlaşan vəhşi heyvanlar götürülərək Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb.
Ekologiya
844
24 Avqust , 2020 11:20
“Qırmızı Kitab”a daxil olan soltanquş və bir neçə heyvan təbiətə buraxılıb
0 : 00
0 : 00

Vətəndaşların müracətləri əsasında yaşayış məntəqələrinə yaxınlaşan vəhşi heyvanlar götürülərək Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ağstafa rayonunda yerləşən iaşə obyektindən götürülən 2 baş canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçdikdən sonra Şirvan Milli Parkında vəhşi təbiətə qaytarılıb.

Bakı şəhərinin yaşayış məntəqələrinə yaxın ərazilərdən götürülən 1 baş tülkü və “Qırmızı Kitab”a daxil olan bir ədəd adi soltanquş isə Abşeron milli parkının əməkdaşları tərəfindən vəhşi təbiətə buraxılıb.

Son xəbərlər

Orphus sistemi