Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
Ekologiya
5 Dekabr , 2018 12:31
Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti dekabr ayının birinci ongünlüyünün sonunadək davam edəcək.

O bildirib ki, növbəti günlərdə ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: "Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.

Son xəbərlər

Orphus sistemi