Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək Gülşad Məmmədova: "Bəzi rayonlarda intensiv yağış yağacaq"
Ekologiya
10 May , 2018 12:35
Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti günlərdə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, hazırda bəzi rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur: "Qeyri-sabit hava şəraitinin may ayının 15-dək davam edəcəyi gözlənilir. Rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq".

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında da hava şəraiti dəyişkən buludlu olacaq: "Səhər saatlarında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 20-25 dərəcə arası dəyişəcəyi gözlənilir".

Son xəbərlər

Orphus sistemi