Qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək - YENİLƏNİB

Qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək - YENİLƏNİB Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
1542
2 Mart , 2020 13:17
Qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 3-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 11-14, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


*** 13:03

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. 

Martın 3-ü gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Son xəbərlər

Orphus sistemi