Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb - YENİLƏNİB-3

Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb - YENİLƏNİB-3 Bakı. 18 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya
18 Oktyabr , 2018 17:49
Qərargah: Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib, uçqun və töküntü qeydə alınıb - YENİLƏNİB-3
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə, Badamdar sürüşmə ərazisində saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən, sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.

"Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb", -Qərargahdan bildirilib.  


*** 15:21

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib".


*** saat 12:05

Bakı. 18 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.


*** saat 09:07

Bakı. 18 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən, hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi