Qərargah: Badamdar sürüşmə zonasında gərginlik qalmqadadır - FOTO - YENİLƏNİB-4

Qərargah: Badamdar sürüşmə zonasında gərginlik qalmqadadır - FOTO - YENİLƏNİB-4 Bakı. 20 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.
Ekologiya
20 Oktyabr , 2018 21:05

Bakı. 20 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, sürüşmə kütləsi üzərində ara-sıra asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir. 

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.


***18:03

Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən aktivlik davam etməkdədir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşməniin üst hissəsində uçqunlar baş verib.

Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılan mayaklarda isə dəyişiklik baş verməyib. 


***14:58

Bdamdar sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti və kiçik tipli axmalar qeydə alınıb. 

Qeyd olunub ki, sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib: “Sürüşmənin sağ və sol hissəsindəki çatlarda dəyişiklik qeydə alınmayıb”.


*** 12:31

Bakı. 20 oktyabr. REPORT.AZ/ Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan "Report"a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Qeyd olunub ki, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb: "Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb".


*** 09:37

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib. 

Son xəbərlər

Orphus sistemi