Qəbələdə qanunsuz yolla əldə edilən oduncaq dolu avtomobillər saxlanılıb

Qəbələdə qanunsuz yolla əldə edilən oduncaq dolu avtomobillər saxlanılıb Bakı. 1 iyun. REPORT.AZ/ Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.
Ekologiya
1 İyun , 2018 09:49
Qəbələdə qanunsuz yolla əldə edilən oduncaq dolu avtomobillər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub. Saxlanılan avtomobillər Qəbələ rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Son xəbərlər

Orphus sistemi