Yuxarı

Qəbələdə qanunsuz yolla əldə edilən meşə materialı aşkar edilib

Qəbələdə qanunsuz yolla əldə edilən meşə materialı aşkar edilib

Bakı. 30 iyun. REPORT.AZ/ Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları reyd keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 3-4 radələrində iki “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobillər saxlanılıb. Avtomobillərin yük yerində qanunsuz yolla əldə edilmiş 12 m3 həcmində işlik fısdıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılıb. 

Qeyd edək ki, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon hüquq-mühafizə orqanına göndəriləcək.

Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə Nazirliyin əməkdaşları tərəfindən digər rayonlarda da reydlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi