Qax rayonunda meşə zolağında yanğın bas verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Süskənd və Fısdıqlı kəndlərinin yaxınlığında, həmin kəndlərə gedən yolun ətrafında baş verib.
Əraziyə Qax rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində meşəlik zolağında quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb.
Yarım hektar ərazini əhatə edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 400 hektara yaxın meşə zolağı yanğından mühafizə olunub.
*** 17:48
Qaxda meşə zolağı yanır.
"Report" xəbər verir ki, hadisə rayonun Suskənd kəndi yaxınlığında qeydə alınıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın məhdudlaşdırılıb.
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.




