Qaxda alça ağacı qış mövsümündə çiçək açıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Qaxda alça ağacı qış mövsümündə çiçək açıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Ekologiya
1 yanvar 2020 12:24
Qaxda alça ağacı qış mövsümündə çiçək açıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***14:42

Qaxda alça ağacı çiçək açıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, maraqlı və qeyri-adi təbiət hadisəsi rayonun Qaxbaş kəndində Dünya Məmmədovanın həyətyanı sahəsində qeydə alınıb.

Bayram öncəsi həyətində təmizlik işləri aparan qadın alça ağacının çiçəkləməsinin şahidi olub.

Mütəxəssislərin sözlərinə görə, alça ağacı yazda çiçək açmalıdır. Ağacın qışda çiçəkləməsi anormal hadisədir. Ağacın çiçək açdıqdan sonra bar verməsi isə mümkün deyil. Çünki havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni çiçəklər quruyur.

Qeyd edək ki, Qaxbaş dağlıq kənddir və burada havanın temperaturu əksər vaxtlar normadan aşağı olur.

Son xəbərlər

Orphus sistemi