Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək Təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Qax Rayon Prokurorluğuna göndərilib
Ekologiya
21 İyul , 2017 18:57
Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

Bakı. 21 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. 

"Report"a ETSN-in mətbuat xidmətindən bildirilib ki, şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi