Qaxa güclü qar yağır

Qaxa güclü qar yağır Bu gün axşam saatlarından başlayaraq Qax rayonu ərazisinə güclü qar yağmağa başlayıb.
Ekologiya
12 Mart , 2022 01:04
Qaxa güclü qar yağır

Bu gün axşam saatlarından başlayaraq Qax rayonu ərazisinə güclü qar yağmağa başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qar əsasən rayonun dağlıq kəndləri olan İlisu, Sarıbaş və Ağçay kəndlərinə yağıb. Daha sonra Qax şəhəri də ağ örpəyə bürünüb.

Hazırda yağmaqda davam edən qarın qalınlığı İlisu kəndində 20-25 sm, şəhər mərkəzində isə 10 sm təşkil edir. Qarın yağması ilə rayon ərazisi, avtomobil yolları qarla örtülüb.

Qeyd edək ki, mart ayında yağan qar taxıl sahələrinə xeyirli olsa da, yeni çiçək açan meyvə ağaclarına ziyan vurur.

Son xəbərlər

Orphus sistemi