Qarlı hava sabah da davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq

Qarlı hava sabah da davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacaq
Ekologiya
206
28 Yanvar , 2017 12:21
Qarlı hava sabah da davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında istirahət günü, yanvarın 29-da hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. 

Yolların buz bağlama ehtimalı var.

Son xəbərlər

Orphus sistemi