Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxs saxlanılıb Qarayazı Dövlət Təbiət Qoruğunun ərazində qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Ekologiya
9 avqust 2023 07:48
Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Kür çayının Qarayazı Dövlət Təbiət Qoruğunun ərazindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Qazax rayon sakini Səlim Əmirxanov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi