Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək

Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək Qarabağ və Şərqi Zəngəzurda ağacəkmə tədbirləri həyata keçiriləcək.
Ekologiya
29 Oktyabr , 2021 10:51
Qarabağ və Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək
0 : 00
0 : 00

Qarabağ və Şərqi Zəngəzurda ağacəkmə aksiyaları keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.

Qeyd olunub ki, artıq bir neçə ildir dostluq və qardaşlıq rəmzi olaraq “Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində Türkiyədə aparılan ağacəkmə tədbirlərinə Azərbaycan da qoşulur.

"Hər il olduğu kimi, bu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək ağacəkmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması ilə bağlı hədəflərimzə uyğun olaraq bu dəfə Qarabağ və Şərqi Zəngəzurda da geniş miqyasda keçiriləcək", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi