Qanunsuz qum daşıyanlar cəzalandırıldı

Qanunsuz qum daşıyanlar cəzalandırıldı Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Ekologiya
19 İyun , 2020 09:48
Qanunsuz qum daşıyanlar cəzalandırıldı

Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.

Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi QocayevƏhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3 764 manat məbləğində cərimə olunub.

Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.

Son xəbərlər

Orphus sistemi