Yuxarı

Proqnozlar Bürosu: Yaxın günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək

Proqnozlar Bürosu: Yaxın günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək
“Mülayim cənub küləyi əsəcək”
© fotolia

Bakı. 6 mart. REPORT.AZ/ “Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədovanın sözlərinə görə, növbəti günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək: “Bakıda və Abşeron yarımadasında 10-15, Mərkəzi Aran rayonlarında 12-18, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacağı gözlənilir".

O qeyd edib ki, mart ayının 8-i axşam saatlarında bəzi dağlıq ərazilərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı ehtimalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi