Yuxarı

Proqnozlar Bürosu: Yaxın 2-3 gündə ölkədə hava şəraiti sabit keçəcək

Proqnozlar Bürosu: Yaxın 2-3 gündə ölkədə hava şəraiti sabit keçəcək

Gülşad Məmmədova: “Şərq küləyi üstünlük təşkil edəcək”

Bakı. 12 dekabr. REPORT.AZ/ “Azərbaycan ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləyi üstünlük təşkil edəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi