Proqnozlar Bürosu: Yanvarın 17-də hava şəraiti sabitləşəcək

Proqnozlar Bürosu: Yanvarın 17-də hava şəraiti sabitləşəcək Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvar ayının 17-də hava şəraiti sabitləşəcək.
Ekologiya
121
15 Yanvar , 2018 11:31
Proqnozlar Bürosu: Yanvarın 17-də hava şəraiti sabitləşəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ "Yanvar ayının 17-də hava şəraiti sabitləşəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, yanvar ayının 17-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Yanvar ayının 18-də havanın temperaturu bugünlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək".

G.Məmmədova qeyd edib ki, sabah - yanvarın 16-da bəzi rayonlarda yağmursuz hava şaraiti müşahidə olunsa da, dağlıq rayonlarda yağmurlu hava şəraiti hökm sürəcək.

Son xəbərlər

Orphus sistemi