Proqnozlar Bürosu: Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

Proqnozlar Bürosu: Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək Gülşad Məmmədova: “Oktyabrın 18-19-da hava yağmursuz olacaq”
Ekologiya
17 Oktyabr , 2017 09:42
Proqnozlar Bürosu: Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-sı gündüz saatlarından başlayaraq 17-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişilib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”.

G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-si axşamadək davam edəcək: “Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən yağmursuz keçəcək”.

Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: “Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”. 

Son xəbərlər

Orphus sistemi